Türkiyə saytından Azərbaycana qarşı böyük hörmətsizlik

Türkiyə saytından Azərbaycana qarşı böyük hörmətsizlik
Siyasət 1992

Türkiyənin məşhur "Sabah” qəzetinin saytı Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik edib.

BAKU.WS-in məlumatına görə, sayt Dünya Turizm Forumu çərcivəsində keçirilən "nazirlər toplantısı" haqqında məqalə hazırlayıb. Məqalənin fotosunda Azərbaycanın, Makedoniyanın, Qana və Türkiyənin nazirləri yer alıb. Onların arxa fonunda ölkələrin bayrağı əks etdirilən xəritələr yerləşdirilib. 

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin arxa fonundakı Azərbayacanın xəritəsində işğal altında olan Dağlıq Qarabağ göstərilməyib. 

Bununla da Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik olub. Əslində isə forumda ümumiyyətlə ölkə rəsmilərinin arxa fonunda xəritə əks olunmayıb. Bunun sonradan sayt tərəfindən montaj olunduğu məlum olub. 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məsələdən xəbərdar olduğunu və bu barədə səfirliyə məlumat verildiyini qeyd edib. 

BAKU.WS

Son xəbərlər