Ukrayna Prezidenti: Donetsk vilayətində şiddətli döyüşlər gedir
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Donetsk vilayətində qızğın döyüşlərin getdiyini və onun hərbi komandanlıqla daim əlaqədə olduğunu bildirib.
Bu barədə dövlət başçısı axşam videomüraciətində deyib.
“Donetsk vilayəti – şiddətli döyüşlər gedir. Lakin nəticə var və mən bu nəticəni təmin edən hər kəsə minnətdaram! Baxmut – afərin. Addımbəaddım. Hər bir döyüşçümüzə təşəkkürümü bildirirəm”, - ölkə lideri vurğulayıb.
Qeyd edək ki, daha öncə Ukrayna Prezidenti sosial şəbəkədə Quru Qoşunlarının komandanı general-polkovnik Oleksandr Sırski, “Tavriya” operativ-strateji qoşun qruplaşmasının komandiri Oleksandr Tarnavski və Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığının əməliyyat idarəsi qərargahının rəisi Oleksandr Komarenko ilə “vacib görüş” barədə yazıb. Ölkə başçısı görüşün təfərrüatlarını paylaşmayıb.//report
Oxşar xəbərlər
Malyar: "Ukrayna ordusu Baxmutu mühasirəyə alıb" - YENİLƏNİB
"Ukrayna ordusu Baxmutu mühasirəyə alıb, şəhərin bir hissəsinə nəzarəti əlində saxlayır". "Report" xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini A...