Malyar: "Ukrayna ordusu Baxmutu mühasirəyə alıb" - YENİLƏNİB
"Ukrayna ordusu Baxmutu mühasirəyə alıb, şəhərin bir hissəsinə nəzarəti əlində saxlayır".
"Report" xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar teleqram kanalında məlumat yayıb.
Malyar deyib ki, ruslar Baxmutu mühasirəyə ala bilməyib və şəhər ətrafındakı hakim yüksəkliklərin bir hissəsini itirib.
"Döyüşçülərimiz şəhərətrafı ərazilərdə irəliləməyə davam edir ki, bu da düşmənin Baxmutda qalmasını çətinləşdirir", - Malyar qeyd edib.
Qeyd edək ki, mayın 20-də "Vaqner" PMC-nin rəhbəri Yevgeni Priqojin bildirib ki, guya onun muzdluları Baxmutun bütün ərazisinə nəzarət edirlər. Bu məlumatı Ukrayna Silahlı Qüvvələrinin "Vostok" qrupunun nümayəndəsi Sergiy Çerevatı təkzib edib.
Xatırladaq ki, mətbuatda Ukrayna Prezidenti Volodimir Zelenskinin guya Baxmutun rusiyalılar tərəfindən ələ keçirildiyini etiraf etməsinə dair məlumatlar yayılsa da, Ukrayna Prezident Ofisi məsələyə aydınlıq gətirərək bu məlumatları təkzib edib.
***12:22
Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov ölkə lideri Volodimir Zelenskinin guya Baxmutun rusiyalılar tərəfindən ələ keçirildiyinin təsdiqlədiyinə dair mətbuatda yayılan məlumatı təkzib edib.
Bu barədə o, "Facebook"da yazıb.
Nikiforov Zelenskiyə ünvalanan sualın fərqli olduğuna bildirib:
“ - Rusiyalılar bildiribər ki, Baxmutu alıblar.
Prezidentin cavabı:
- Fikrimcə, yox.
Beləliklə, Prezident Baxmutun alındığını təkzib edib”.
***10:43
Ukraynanın Baxmut şəhəri tamamilə Rusiya ordusunun nəzarətinə keçib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski qızğın döyüşlərin getdiyi Baxmut şəhərinin ələ keçirildiyini etiraf edib: “Düşünürəm ki, yox. Bu gün Baxmut ancaq bizim qəlbimizdədir”.
Xatırladaq ki, ötən gün Yevgeni Priqojının başçılıq etdiyi "Vaqner" özəl hərbi şirkəti, daha sonra isə Rusiya Müdafiə Nazirliyi Ukraynanın Baxmut şəhərini ələ keçirdiyini açıqlamışdı.
Oxşar xəbərlər
Priqojin “Vaqner”in Baxmutdan çıxdığını açıqladı - VİDEO
Rusiyanın “Vaqner” muzdluları Baxmut şəhərindən çıxır. BAKU.WS UNİAN agentliyinə istinadən xəbər verir ki, bu barədə Vaqner PMC-nin lideri Yevgeni Priqojin məlu...