Zelenskini təhdid edən “Vaqner”in başçısının təyyarəsi vurulub
“Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) başçısı Yevgeni Priqojın digər pilotla birgə hava əməliyyatı keçirərkən təyyarəsi vurulub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə məlumatı dəstə başçısının mətbuat xidməti təsdiqləyib.
Bildirilib ki, Ukrayna hava hücumundan müdafiə sisteminin “Su-24”ü zərərsizləşdirməsinə baxmayaraq, birinci pilot “möcüzəvi şəkildə” təyyarəni yerə endirə bilib. Donetks vilayətinin Baxmut rayonunda baş verən olayda zərər çəkən olmayıb.
Xatırladaq ki, daha öncə “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojın Ukrayna Prezidenti Volodimir Zelenskiyə videomüraciət edib. O, videoyazıda Ukrayna liderini “hava duelinə” çağıraraq dövlət başçısını təhdid etmişdi.
Qeyd edək ki, “Vaqner” ÖHŞ rusiyalı sahibkar (eyni zamanda mətbuatda “Putinin aşpazı” kimi tanınır) Yevgeni Priqojın tərəfindən yaradılan və idarə olunan qeyri-dövlət yaraqlı qruplaşmasıdır.
2014-cü ildən qruplaşma Ukraynanın işğal altındakı bölgələrində, daha sonra isə Suriyada Bəşşar Əsədə sadiq qüvvələrin nəzarət etdiyi ərazilərdə fəaliyyət göstərir. 2017-ci ilin iyun ayında “Vaqner” ÖHŞ ABŞ-ın sanksiya siyahısına daxil edilib. 2021-ci ilin dekabrında Avropa İttifaqı (Aİ) qruplaşmanı Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə xələl gətirməkdə, Suriya və Liviyada sabitliyi, habelə insan haqlarını kobud şəkildə pozmaqda ittiham edərək ÖHŞ-yə sanksiyalar tətbiq edib. 2022-ci ilin martın 8-də, yəni Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra Yaponiya da qruplaşmaya qarşı sanksiyalar tətbiq edib. BMT və Fransa “Vaqner” muzdlularını Mərkəzi Afrika Respublikasında zorlama və quldurluqda ittiham edir.
Qrup ağır texnika, artilleriya və hərbi aviasiya ilə silahlanıb.
Oxşar xəbərlər
Donbasın nə qədər hissəsi Ukraynada qalıb? - VİDEO
Son günlər Rusiya ordusu separatçılarla birlikdə Ukraynanın Donetsk vilayəti istiqamətində daha çox həmlələr edir. Xüsusilə Luqansk və Donetsk vilayətlərindən i...