Donbasın nə qədər hissəsi Ukraynada qalıb? - VİDEO

Donbasın nə qədər hissəsi Ukraynada qalıb? - VİDEO
Video
Siyasət 71

Son günlər Rusiya ordusu separatçılarla birlikdə Ukraynanın Donetsk vilayəti istiqamətində daha çox həmlələr edir. Xüsusilə Luqansk və Donetsk vilayətlərindən ibarət olan Donbas əyaləti Rusiyanın hədəfinə çevrilib.

Luqansk vilayətinin işğalından sonra aylarla həmlələr edən Rusiya ordusu Baxmut ətrafında Soledar rayonunu zəbt edib. Bu il genişmiqyaslı müharibə fonunda bu istiqamətdə hansı ərazilər işğal olunub və hansı ərazilər Ukrayna tərəfindən azad olunub?

Donetsk vilayətinin rəhbəri Pavel Kirilenkonun sözlərinə görə, ötən il fevralın 24-də Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından sonra cəbhə xəttində xeyli dəyişikliklər baş verib:

“Liman və Svyatoqorsk şəhərləri işğal edilməzdən əvvəl Donetsk vilayətinin ərazisinin 50%-dən çoxu işğal altında idi. Hazırda məhz bu 2 şəhərin hesabına vilayətin ərazisinin 52%-i düşməndən geri alınıb. Düşmən Baxmut şəhərini ələ keçirmək üçün böyük səy göstərir, amma buna nail ola bilmir”.

Ukrayna ərazisinə genişmiqyaslı hücum başladıqdan sonra Donetsk vilayətinə hücum səngiməyib.

“Hazırda Baxmut düşmənin zərbələr endirdiyi əsas istiqamətdir. Orada şiddətli döyüşlər gedir. Yalnız son sutka ərzində düşmən düz 151 dəfə müxtəlif artilleriya sistemi vasitəsi ilə bu istiqamətdəki mövqelərimizə atəş açıb”, - deyə Şərq Hərbi Birləşməsinin press zabiti Sergey Çerevatıy qeyd edib.

Son xəbərlər