Ukrayna Silahlı Qüvvələri: Rusiya qoşunları Kiyevə daxil ola bilməyəcək
Kiyevə aparan yollar etibarlı şəkildə “qıfıllanıb”, Rusiya qoşunları paytaxta daxil ola bilməyəcək.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının İctimaiyyətlə Əlaqələr Xidmətinin feysbukdakı məlumatında deyilir.
O cümlədən qeyd edilib ki, Kiyevin müdafiə komandanı - Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski paytaxtın şimal-qərb hissəsində - Moşun yaşayış məntəqəsində müdafiəni yoxlayıb.
“12 gündən artıqdır ki, düşmənin bu istiqamətdə ukraynalı müdafiəçilərin müdafiəsini yarmaq cəhdi uğursuzluğa düçar olur. Burada Rusiyanın işğalçı qoşunları ilə şiddətli döyüşlər gecə-gündüz davam edir. İşğalçı texnika və canlı qüvvədə xeyli itki verir”, - məlumatda deyilir.
Ukrayna hərbçiləri ilə söhbətdən sonra Sırski qeyd edib ki, ukraynalı müdafiəçilər vətənlərini qorumağa hazırdırlar. “Paytaxta aparan yollar isə etibarlı şəkildə “qıfıllanıb”, Rusiya qoşunları paytaxta daxil ola bilməyəcək”, - məlumatda vurğulanıb.
Bundan başqa, ukraynalı müdafiəçilərin əhval-ruhiyyəsi də yüksək səviyyədədir. “Biz hər fürsətdə düşməni məhv edəcəyik”, - Sırski bildirib.
Oxşar xəbərlər
Ukraynada öldürülən Rusiya ordusunun 10 yüksəkrütbəli zabiti kimdir? - DOSYE
Ukraynada hərbi əməliyyatlar başlayandan bu günə qədər Rusiya Silahlı Qüvvələrinin 4 generalı və 3 polkovniki öldürülüb. Rusiya ordusunun ali komandanlığının öl...