Tramp Cənubi Karolina praymerizində qalib gələcəyinə ümid edir
ABŞ-ın keçmiş prezidenti Donald Tramp bu dəfə Cənubi Karolinada keçirilən ardıcıl dördüncü Respublikaçı praymerizdə qalib gələcəyinə ümid edir.
“Report” xəbər verir ki, bu barədə Associated Press (AP) məlumat yayıb.
Sorğuların nəticələrinə görə, Tramp ştatın aparıcı respublikaçılarının dəstəyi ilə bu bölgədə böyük üstünlüyə malikdir.
Onun rəqibi, vətəni Cənubi Karolina olan ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı keçmiş səfiri Nikki Heyli son bir neçə həftə ərzində seçicilərlə görüşərək onlara xəbərdarlıq edib ki, 77 yaşlı Tramp yenidən prezident olmaq üçün çox qocadır.
Praymeriz üçün səsvermə fevralın 24-də yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 16:00) başlayıb, nəticələr saat 19:00-da (Bakı vaxtı ilə 04:00) məlum olacaq.
Oxşar xəbərlər
ABŞ ən böyük ştatını itirmək təhlükəsi ilə üzləşib - dünyada separatizmə dəstək ona baha başa gəlir - ŞƏRH
Dünyanın müxtəlif ölkələrində separatçı çıxışları xalqların seçimi olduğunu iddia edən Birləşmiş Ştatlar çətin duruma düşüb. Ölkənin ən iri ştatlarından biri Te...