Suriya ordusunun açdığı atəş nəticəsində iki türk əsgəri şəhid olub

16
okt
2019
14:37
Suriya ordusunun açdığı atəş nəticəsində iki türk əsgəri Mənbic bölgəsində həyatını itirib. BAKU.WS RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib."Buna cavab olaraq biz güclü atəş açdıq və məcbur etdik ki, bunun əvəzini tam ödəyək", - deyə Ərdoğan əlavə edib.Qeyd edək ki, kürdlərin hücumu zamanı daha iki türk əsgərin öldüyü məlum olmuşdu.Xatırladaq ki, Mənbic Suriyanın şimalında yerləşən Hələb əyalətindəki böyük bir şəhərdir. Son vaxtlara qədər Amerika əsgərləri şəhərdə patrul xidmətini təşkil edir və kürdlərə nəzarətdə saxlayırdı. Hazırda Suriya hökumət qüvvələri oraya daxil olub və Rusiya hərbi polisi patrul xidmətini nəzarətə götürüb.
Oxşar xəbərlər
Ərdoğan Azərbaycana təşəkkür etdi
Başda Azərbaycan olmaqla “Sülh çeşməsi” əməliyyatında yanımızda olan hər kəsə təşəkkür edirəm. BAKU.WS xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyi...
