Suriyada Türkiyə mövqelərinə zərbə endirildi - 1 şəhid, 3 yaralı var (VİDEO)
28
iyn
2019
12:06
Suriyanın İdlib şəhərində Türkiyə əsgərlərinin müşahidə məntəqəsi top atəşi ilə vurulub.BAKU.WS “Habertürk”ə istinadən xəbər verir ki, 3 zərbə nəticəsində 1 əsgər şəhid olub, 3 əsgər isə yaralanıb.Türk hərbçiləri dərhal qarşı tərəfə qarşılıq verib və hücumu edənlər zərərsizləşdirilib.Türkiyə hərbi dairələri hücumun Suriya hökumət qüvvələri tərəfindən edildiyini açıqlayıb. Məsələ ilə bağlı Rusiyanın Ankaradakı ataşesi Baş Qərargaha çağırılıb.Qeyd edək ki, Türkiyənin İdlibdə 9 və 10 nömrəli müşahidə məntəqələri son 3 ayda 8 dəfə hücuma məruz qalıb. Buna səbəb isə son zamanlarda həmin məntəqələrə çoxlu sayda zirehli texnika, ağır silahlar və hərbçilərin gətirilməsidir.Hadisənin G20 Zirvə toplantısında iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Valdimir Putinlə müzakirə edəcəyi bildirilib.Fərid ƏDALƏT
Oxşar xəbərlər
Ərdoğanla Putinin görüşü baş tutdu
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında görüş başlayıb.BAKU.WS Türkiyə KİV-nə istinadən xəbər verir ki, dövlər başçı...