Afrində bir gündə 11 türk hərbçisi şəhid olub
11
fev
2018
11:41
Türkiyə ordusunun PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyat keçirdiyi Suriyanın Afrin bölgəsində fevralın 10-da şəhid olmuş türk hərbçilərinin sayı 11 nəfərə çatıb.APA-nın xəbərinə görə, bu barədə Türkiyə SH Baş Qərargahının son məlumatında bildirilir. Məlumata görə, ötən gün ərzində gedən döyüşlərdə daha 4 hərbçi həlak olub, daha 2 nəfəri isə yaralanıb. Gün ərzində PYD, YPG və İŞİD terrorçu qruplaşmalarının 13 üzvü məhv edilib.Baş Qərargahın bundan əvvəl yayılan məlumatında gün ərzində 7 hərbçinin şəhid olduğu bildirilmişdi.Qeyd edək ki, əməliyyatın keçirildiyi dövrdə Türkiyə ordusu məhz ötən gün ən çox şəhid verib. Ümumilikdə isə, Türkiyə ordusu indiyədək Afrində 30 şəhid verib, 70-dən çox hərbçi isə yaralanıb. Qeyd edək ki, Türkiyə Baş Qərargahı yanvarın 20-də Suriyanın Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatın məqsədinin bölgənin PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Bir gün sonra isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.BAKU.WS
Oxşar xəbərlər
Afrində türk hərbçisi şəhid olub
Fevralın 5-də Suriyanın Afrin bölgəsində minaatanlardan açılan atəş nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbçisi həlak olub.BAKU.WS bildirir ki, bu barədə...