Türkiyə ordusu terrorçuları darmadağın etdi - ən azı 260 itki var
24
yan
2018
08:35
Suriyanın Afrin bölgəsində Türkiyə ordusunun həyata keçirdiyi "Zeytin budağı" əməliyyatının 4 günlük nəticələri açıqlanıb. BAKU.WS-in məlumatına görə, əməliyyatlarda 260 terrorçu zərərsizləşdirilib. Türkiyə Silahlı Qüvvələrinin açıqladığı məlumatlara görə, əməliyyatlar planlaşdırıldığı üzrə uğurla davam etdilir. Döyüşlər zamanı ümumilikdə 3 türk əsgəri şəhid olub. TSK Afrindəki əməliyyatlar zamanı Tel Rifat bölgəsində üçüncü cəbhə yaradıb. TSK Azezdən Afrin bölgəsinə qədər və terror təşkilatı YPG-nin nəzarət etdiyi Parsa dağına istiqamətli hücumları davam etditrib. Hərbi təyyarələrlə və ağır artileriya ilə terrorçuların bazaları vurulub. Afrinin qərbindəki Əl Hamam isə PYD/PKK-dan təmizlənib. Beləliklədə 14 yaşayış məntəqəsi TSK-nın nəzarətinə keçib. NazimBAKU.WS
Oxşar xəbərlər
Türkiyə Afrində daha bir şəhid verdi
Suriyanın Afrin bölgəsində Türkiyə ordusunun daha bir hərbçisi şəhid olub.BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələ...