Türkiyə ordusu Suriyada hədəfləri darmadağın etdi - VİDEO

Türkiyə ordusu Suriyada hədəfləri darmadağın etdi - VİDEO
Video
Video 3165
Türkiyə Silahlı Qüvvələri "Zeytun dalı" əməliyyatına start verib. BAKU.WS-in məlumatına görə, Türkiyə ordusu Suriyanın Afrin şəhərinə havadan zərbələr endirməyə başlayıb. Hədəfləri darmadağın edən türk ordusu terrorçuların hərbi silah-sursat bazalarını havaya uçurub. Əməliyyatın görüntülərini Türkiyə Silahlı Qüvvələri tərəfindən yayımlanıb.
Türkiyə son dövrün ən böyük hərbi əməliyyatlarından birini həyata keçirməyə davam edir. Ordunun ağır artilleriyaları da daxil olmaqla, 150 hərbi texnika Afrinə göndərilib. Gecə gedən döyüşlərdə qarşı tərəf sərhəddəki Kilis şəhərini hədəf alıb. Suriya tərəfindən atılan mərmilər iki ev və bir obyektə dəyib. Xəsarət alan olmasada, yaşayış yerlərinə ziyan dəyib. "Zeytun dalı" əməliyyatına qatılan xüsusitəyinatlı dəstələr çox sayda avtobusla Hatayın Hassa və Reyhanlı bölgəsinə göndərilib. NazimBAKU.WS

Son xəbərlər