Türk tankları daha bir şəhərə girdi: Xalq onları alqışlarla qarşıladı (VİDEO)
09
okt
2017
11:01
Qazaxıstanın paytaxtı Astanada Türkiyə, Rusiya və İranın əldə etdiyi razılıq nəticəsində bufer zona elan edilən Suriyanın İdlib şəhərinə Türk ordusunun tankları daxil olub. BAKU.WS-in məlumatına görə, hərbi əməliyyatların məqsədi şəhərdə yaşayan 3 milyon insanın təhlükəsizliyini təmin etmək və terrorçulardan təmizlənən əraziləri daha da genişləndirməkdir. Belə ki, PKK terror tşkilatının Suriya qanadı olan PYD-nin işğalı altındakı Afrin şəhərinə yaxın Atme bölgəsindən Türkiyə hərbçilərini daşıyan avtomobillər, tanklar İdlibə girib. İdlib əhalisi Türk əsgərlərini alqışlarla qarşılayıblar. Əsgərlər şəhərə girməzdən əvvəl “Fırtına” topları ilə atəşə tutulub. Bundan başqa, Türkiyə KİV-də yayılan məlumatlara görə, Afrin sərhədində Türkiyənin hərbi bazası yaradılacaq. BAKU.WS
Oxşar xəbərlər
Türkiyənin 25 minlik ordusu bu ölkəyə girir
Türkiyənin 25 minlik ordusu Suriya torpaqlarına daxil olacaq.BAKU.WS-in məlumatına görə, bu barədə Türkiyə KİV-i xəbər yayıb.Məlumata görə, bu barədə qərar Qaza...