Türkiyə ordusu İraqa girdi - 4 kilometr irəlilədi
Türkiyə ordusu Suriyadan sonra İraqda da əməliyyatlara başlayıb.
BAKU.WS-in məlumatına görə, 10-11 sentyabr tarixlərində Şırnakda - Türkiyə-İraq sərhədində hücuma hazıraşan terroristlərə gecə yarısı hücum edilib. 600 əsgərlik iki batalyon Şırnaktan İraq torpaqlarına gecə saat 03.00-da girib və 4 kilometr irəliləyib.
İraqın şimalındakı Kelaspi Dağı ətəklərindən Türkiyəyə sızmağa çalışan 40 nəfərlik bir "PKK" dəstəsi tam zərərsizləşdirilib. Əməliyyatlar zamanı Türkiyə ordusu çox sayda hərbi qənimət əldə edib. Bununla yanaşı, hərbi əməliyyat nəticəsində çox sayda terrorçu məhv edilib.
Terrorçulardan bəziləri qaçmağa müvəffəq olsa da onların ağır yaralandığı bildirilib.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Türkiyə Suriyada hərbi əməliyyatlara başladı (VİDEO)
Suriyada hərbi hərəkatın başlanmasından sonra Hələbin Cerablus bölgəsindəki İŞİD terrorçularına qarşı əməliyyatlar başlayıb. BAKU.WS-in məlumatına görə, Türk...