Putinin çirkin Türkiyə planı: "gizli ordu” ölkədə xaos yaradacaq

Putinin çirkin Türkiyə planı: gizli ordu” ölkədə xaos yaradacaq
Siyasət 1890

Səudiyyə Ərəbistanı və İran arasında məzhəb qalmaqalı davam edir. Bununla yanaşı Rusiya-Türkiyə münasibətlərindəki gərginlik də daha çox özünü biruzə verir.

BAKU.WS-in məlumatına görə, dünya ölkələri arasında yaranmış qalmaqalan istifadə edən Rusiya prezidenti Vladimir Putin Türkiyəyə gizlincə həmlə etməyə hazırlaşır. Beynəlxalq siyasi şərhçilərin iddiasına görə, Putin Türkiyəyə gizli əməliyyat dəstələri göndərməyi planlaşdırır.

Federal Təhlükəsizlik Xidməti Türkiyə və ABŞ torpaqlarında gizli hərbi əməliyyatlar həyata keçirmək üçün Rusiya Dövlət Dumasına bir təklif layihəsi təqdim edib. Bildirilir ki, Putinin əmri ilə hazırlanan və ağlasığmaz böhtanları əsas göstərən hesabatda "gizli ordu” kimi tanınan Rusiya xüsusi əməliyyat dəstələrinə Türkiyə torpaqlarında gizli əməliyyatlar həyata keçirməsi üçün qanuni səlahiyyət verilməsi istənilir.

Digər məlumata görə, icazə veriləcəyi halda daha əvvəl də Ukrayna kimi ölkələrə yerləşdirilən "gizli ordu” üzvləri Türkiyədə xaos yaradacaq hərəkətlər planlaşdıracaq.

Hesabatda Putinin Türkiyənin hava məkanını pozan Rusiya təyyarəsinin vurulmasından sonra sərgilədiyi rəftarlar və böhtanlar bəhanə edilir. Türkiyənin İŞİD-ə dəstək verdiyi yalanına sığınıb, Rusiyanın bu təhdid qarşısında Türkiyə torpaqlarında gizli əməliyyat reallaşdırılmasına səlahiyyət istənilir.

Rusiya daha əvvəl də əsassız iddialarla İŞİD-ə dəstək mövzusunda Türkiyəni günahlandıraraq terror qruplaşmasından nefti satın aldığını iddia edib, ancaq bu iddia həm İraq rəhbərliyi, həm də ABŞ tərəfindən təkzib edilib.

BAKU.WS

Oxşar xəbərlər

Putindən Türkiyəyə daha bir zərbə

Putindən Türkiyəyə daha bir zərbə

Türkiyə-Rusiya istiqamətində uçuşlar həyata keçirən Türkiyəyə məxsus aviaşirkətlər fəaliyyətini müvəqqəti olaraq dayandırıb. BAKU.WS-in məlumatına görə, buna s...

2552 Siyasət 17:37 05 yanvar 2016

Son xəbərlər