Putindən Türkiyəyə növbəti zərbə
Rusiya prezidenti Vladimir Putin Rusiya ilə Türkiyə arasında çarter reyslərini qadağan edib.
BAKU.WS-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya dövlət başçısının imzaladığı sərəncama əsasən həmçinin turoperatorların rus turistlərinə Türkiyəyə göndərişlər satması da qadağan edilib. Srəncamla həmçinin Rusiya ərazisindən keçən Türkiyə aviadaşıyacılarına nəzarətin gücləndirilməsi bəndi də salınıb.
Bundan başqa Rusiyaya gətirilən bir sıra mallara da məhdudiyyət qoyulub. Sənədə görə, Rusiyada hökumət tərəfindən müəyyən edilmiş siyahı üzrə istehsalçı ölkəsi Türkiyə Respublikası olan müxtəlif növ malların federasiya ərazisinə gətirilməsini nəzərdə tutan xarici iqtisadi əməliyyatlara müvəqqəti olaraq qadağa və ya məhdudiyyət tətbiq edilir.
Həmçinin Türkiyənin yurisdiksiyasında olan təşkilatların Rusiya ərazisində hökumətin müəyyən etdiyi siyahı üzrə ayrıca növ iş və ya xidmət icra etməsinə qadağa və ya məhdudiyyət təbiq edilir.
BAKU.WS
Oxşar xəbərlər
Putindən Türkiyəyə qarşı çox vacib fərman
Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirlərin tətbiq edilməsi haqqında fərman imzalayıb. BAKU.WS report-a istinadən xəbər verir...