Türkiyə Suriyada hərbi əməliyyatlara başladı (VİDEO)

Türkiyə Suriyada hərbi əməliyyatlara başladı (VİDEO)
Video
Hadisə 1489

 

Suriyada hərbi hərəkatın başlanmasından sonra Hələbin Cerablus bölgəsindəki İŞİD terrorçularına qarşı əməliyyatlar başlayıb.

BAKU.WS-in məlumatına görə, Türk Silahlı Qüvvələrinin hərbi təyyarələri Cerablus bölgəsindəki terror təşkilatının hədəflərini bombalayıb. Hərbi hərəkatın məqsədinin sərhəd təhlükəsizliyini təmin etmək, İŞİD-lə mübarizə çərçivəsində Koalisiya qüvvələrinə dəstək vermək və Suriyanın ərazi bütövlüyünü təmin etmək olduğu ifadə edilib.

Hərbi hərəkat çərçivəsində ilk olaraq səhər saatlarında toplardan atəş açılıb. Əməliyyat zamanı cəmi 63 hədəfə 224 zərbə endirilib. İlk hava hərəkatı isə 2 saat davam edib. Türkiyə - Suriya sərhəddinə çox sayda tank yeridilib. 

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər