Türkiyə, Rusiya və İran Silahlı Qüvvələri baş qərargahlarının rəisləri görüşəcək
17
noy
2017
15:38
Türkiyə, Rusiya və İran Silahlı Qüvvələri baş qərargahlarının rəisləri görüşəcək.“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Küveyt və Qətər səfərindən ölkəsinə dönərkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən bildirib.Onun sözlərinə görə, noyabrın 22-də Soçidə keçiriləcək üçtərəfli görüşdə Suriyanın İdlib və Afrin bölgələrindəki vəziyyəti də müzakirə edəcəklər: "İdlibdə Türkiyə Silahlı Qüvvələrinin 12 müşahidə məntəqəsi var. Afrinə gəldikdə isə İranın niyyətini alqışlamırıq. Ona görə də bu məsələ ilə bağlı mövqeyimiz Almaniyanın Hamburq şəhərində “Böyük-20”liyin ("G20”) sammitində Rusiyaya bildirdik. Oradan Türkiyənin təhlükəsizliyi təhdid edilir. Həmin bölgə PYD və YPG-nin (terrorçu PKK qruplaşmasının Suriyadakı qolları – “Report”) nəzarəti altındadır və onlar oradan çıxmalıdır”.Qeyd edək ki, noyabrın 22-də Soçidə Türkiyə, Rusiya və İran prezidentlərinin Suriya və bölgədəki vəziyyətlə bağlı üçtərəfli görüşü olacaq.BAKU.WS
Oxşar xəbərlər
Ərdoğandan Azərbaycanı məyus edən Qarabağ açıqlaması
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Qarabağ münaqişəsi ilə bağlı müzakirələrə səbəb olan açıqlama verib.BAKU.WS-in məlumatına görə, Ərdoğan bildirib ki, Rus...