İran prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb

İran prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb
Siyasət 1218

 

İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfər proqramı açıqlanıb.

"Report" "Press TV"yə istinadən xəbər verir ki, bu barədə İran Prezident Administrasiyası İnformasiya və Kommunikasiya şöbəsinin rəis müavini Pərviz Esmaeli məlumat verib. 

Onun sözlərinə görə, H.Ruhani avqustun 7-də Azərbaycana səfər edəcək: "İran prezidentinin həmin gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü planlaşdırılır. Görüşdə iki ölkə arasında altı ay bundan əvvəl Tehranda imzalanmış 11 saziş və memorandumun icrası, müxtəlif sahələrdə, xüsusilə ticarət, sənaye, enerji və mədəniyyət sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılacaq". 

P.Esmaeli deyib ki, H.Ruhani Azərbaycana səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə də görüşəcək. 

İran prezidentinin avqustun 8-də Azərbaycana səfəri başa çatacaq. 

Qeyd edək ki, avqustun 8-də Bakıda Azərbaycan, Rusiya və İran prezidentləri arasında üçtərəfli görüş keçiriləcək. Görüşdə ticarət, energetika, telekommunikasiya, ətraf mühit, nəqliyyat, terrorizmlə mübarizə və narkotik maddələrin daşınmasının qarşısının alınması sahələrində üçtərəfli əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi gözlənilir. 

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycan bu ölkə ilə birgə avtomobil istehsal edəcək: ildə 10 min

Azərbaycan bu ölkə ilə birgə avtomobil istehsal edəcək: ildə 10 min

İran Prezidenti Həsən Ruhaninin Bakı səfəri ərəfəsində, İranın ticarət və sənaye naziri Məhəmməd Rza Nemətzadə avtomobil istehsalı üzrə birgə müəssisənin təməlq...

3214 İqtisadiyyat 09:26 06 avqust 2016

Son xəbərlər