Zakir Həsənov İran səfiri ilə görüşüb

Zakir Həsənov İran səfiri ilə görüşüb
Sosial 1320
 

Avqustun 5-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin ilə görüşüb.

BAKU.WS Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, müdafiə naziri Azərbaycan ilə İran arasında münasibətlərin inkişafında ölkə rəhbərlərinin görüşlərinin mühüm rol oynadığını və hərbi sahədə də əlaqələrin uğurla davam etdiyini bildirib.

Tərəflər hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, hərbi təhsil və hərbi tibb sahəsində əlaqələrin inkişaf perspektivlərini müzakirə edib, o cümlədən regional problemlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə səfir M.Pakayin İran Silahlı Qüvvələrinin Azərbaycana yeni təyin olunan hərbi attaşesi, polkovnik Əli Seyfini müdafiə nazirinə təqdim edib.

General-polkovnik Z.Həsənov hərbi attaşeni təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb və hər iki ölkə arasında hərbi sahədə əməkdaşlığın daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər