Vladimir Putin və Həsən Ruhani Bakıya gəlir

Vladimir Putin və Həsən Ruhani Bakıya gəlir
Siyasət 3314
 

Bu ilin avqust ayında İran Prezidenti Həsən Ruhani Azərbaycana səfər edəcək.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov deyib.

"Ayrı-ayrı mənbələrə istinadən Həsən Ruhaninin Ermənistana səfər edəcəyini söyləyirsiniz, ancaq Azərbaycana planlaşdırılan səfəri barədə danışmırsınız”, - o, Milli Məclisdə İranı tənqid edən deputatlara bildirib.

Xatırladaq ki, Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşü planlaşdırılır. İran prezidenti Həsən Ruhani və Rusiya Prezidenti Vladimir Putin bu məqsədlə Bakıya səfər edəcəklər.

BAKU.WS

Oxşar xəbərlər

Ruhanidən ŞOK ADDIM:  İrandakı milli azlıqlara ana dilində təhsil almağa icazə verildi

Ruhanidən ŞOK ADDIM: İrandakı milli azlıqlara ana dilində təhsil almağa icazə verildi

"İrandakı bütün milli azlıqların doğma dillərində təhsil almaq hüququ var”. BAKU.WS-in məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani Mahabad şəhərində saki...

1344 Sosial 23:34 31 may 2016

Son xəbərlər