Ruhanidən ŞOK ADDIM: İrandakı milli azlıqlara ana dilində təhsil almağa icazə verildi

Ruhanidən ŞOK ADDIM:  İrandakı milli azlıqlara ana dilində təhsil almağa icazə verildi
Sosial 1344
 

"İrandakı bütün milli azlıqların doğma dillərində təhsil almaq hüququ var”. BAKU.WS-in məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani Mahabad şəhərində sakinlər qarşısında çıxışı zamanı deyib.

"Ölkə ərazisində yaşayan bütün milli azlıqların nümayəndələri öz dillərini öyrənmək imkanı əldə etməlidirlər. Bununla bağlı Təhsil Nazirliyi ilə birlikdə müzakirələr aparılır. İran Konstitusiyasının 15-ci maddəsinin reallaşdırılması istiqamətində işlər görülür", - İran prezidenti əlavə edib.

İran Konstitusiyasının 15-ci madəsinə əsasən İran İslam Respublikasının rəsmi dili fars dilidir. Amma mətbuatda və kütləvi informasiya vasitələrində regional və tayfa dillərindən istifadə etmək olar.

BAKU.WS

Oxşar xəbərlər

İran Ermənistana təyyarə benzini tədarük edəcək

İran Ermənistana təyyarə benzini tədarük edəcək

Bu ildən İran İslam Respublikası Ermənistana da təyyarə yanacağı tədarük etməyi planlaşdırır. "Report" İRNA-ya istinadən xəbər verir ki, bunu İslam Respublikas...

973 Sosial 16:11 30 may 2016

Son xəbərlər