Azərbaycanlı deputat yol qəzasında öldü

Azərbaycanlı deputat yol qəzasında öldü
Hadisə 1937

 

İran parlamentinin Şərqi Azərbaycandan olan nümayəndəsi yol qəzasında həlak olub.

BAKU.WS-in APA-ya istinadən məlumatına görə, İranın Şərqi Azərbaycan əyalətinin Marağa şəhərindən seçilən parlament üzvü Məhəmmədəli Hüseynzadə bu gün səhər Zəncan-Qəzvin magistral yolunda qəzaya düşüb.

Hadisə zamanı onun avtomobildə olan övladları və həyat yoldaşı xəsarət alıblar. Hadisəyə sürücünün yuxulu olması, yol kənarındakı təpələrə çırpılan avtomobili aşırması olub. Məhəmmədəli Hüseynzadə 10-cu dövr İran İslam Şura Məclisinə 50 min 980 səs toplamaqla seçilib.

M.Hüseynzadə parlamentə yeni seçilmiş nümayəndələrin prezident Həsən Ruhani ilə görüşündə iştirak etmək üçün Tehrana səfər edirmiş.

BAKU.WS

Oxşar xəbərlər

Ermənistan yenidən İranı vurdu

Ermənistan yenidən İranı vurdu

Ermənistan tərəfindən atılan top mərmisi İranın Şərqi Azərbaycan əyalətinin Xudafərin kəndinə fərdi yaşayış evinə düşüb. BAKU.WS APA-ya istinadən məlumat verir...

1738 Hadisə 10:15 05 aprel 2016

Son xəbərlər