Ermənilərin atdığı üç mərmi İrana düşdü (VİDEO)
Ermənistanın atəşkəsi pozması nəticəsində yaranmış gərginlik zamanı ermənilərin atdığı top mərmilərindən 3-ü İran ərazisinə düşüb.
APA-nın Tehran bürosunun məlumatına görə, hadisə ötən axşam yerli vaxtla saat 19.00 radələrində qeydə alınıb. Ermənistan silahlı bölmələrinin Hadrud istiqamətində endirdiyi zərbələr nəticəsində mərmilərdən 3-ü Xudafərin şəhəri ərazisinə düşüb. Nəticədə İran ərazisindəki elektrik stansiyasına ziyan dəyib və işıqlar sönüb. Ölən və yaralanan yoxdur.
İran Sərhəd Qoşunlarının nümayəndələri məsələ ilə bağlı insident tərəfləri ilə danışıb.
İranın Şərqi Azərbaycan əyalətində sərhəd bölgəsi ərazisində yerləşən şəhər və kəndlərdə təhlükəsizlik tədbirləri də gücləndirilib.
[media=
]Oxşar xəbərlər
Ermənilər evləri artilleriya atəşinə tutdu: 1 mülki vətəndaşımız öldü, biri ayaqlarını itirdi
Erməni silahlı bölmələrinin cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozması nəticəsində bir nəfər sakin həlak olub, biri isə yaralanıb. BAKU.WS APA...