Azərbaycan üçün yeni ölüm təhlükəsi: Bu dəfə İrandan
İranda donuz qripi epidemiyasının yayılması nəticəsində 33 nəfər dünyasını dəyişib.
BAKU.WS-in məlumatına görə, bu barədə İran səhiyyə nazirinin müavini Əli Əkbər Səyyari deyib. Onun sözlərinə görə, qrip səbəbiylə 28 adam Kirmanda, 5 nəfər isə Sistan-Bəlucistan əyalətində dünyasını dəyişib.
Nazir müavini ölən 4 qadının hamilə olduğunu dilə gətirib: "Tehran, Kermanşah, Şərqi və Qərbi Azərbaycan əyalətlərində eyni xəstəliyə tutulanlar var. Səhiyyə Nazirliyi bu xəstəliyin yaxın günlərdə ölkədə daha da yayılacağını güman edir".
Qonşu ölkədə yayılan təhlükəli qrip Azərbaycanı da təhdid edir. Hər ay İrandan ölkəmizə yüzlərlə İran vətəndaşı gəlir. İranı ağuşuna alan ölümcül xəstəliyin Azərbaycanda da yayılma ehtimalı az deyil.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
“Günəşli” yatağında xəsarət alanların son vəziyyəti
Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev dekabrın 4-də "Günəşli” yatağında baş vermiş qəza nəticəsində xəsarət almış və hazırda Neftçilər xəstə...