Azərbaycanda həkimlərlə bağlı güzəştlər hazırlanıb

Azərbaycanda həkimlərlə bağlı güzəştlər hazırlanıb
Sosial 1009

"Ana və uşaq ölümlərində artım yoxdur. İndi hər bir ana ölümü Səhiyyə Nazirliyinin müvafiq komissiyası tərəfindən araşdırılır". 

BAKU.WS-in məlumatına görə, bunu səhiyyə nazirinin mavini Elsevər Ağayev deyib. Onun sözlərinə görə, doğuş zamanı ana ölümləri mətbuatda da geniş ışıqlandırılır. Ancaq ümumi rəqəmlərlə götürdükdə ana ölümlərinin azaldığını müşahidə etmək olur. 

Nazir müavini bölgələrdə həkim çatışmazlığı ilə bağlı problemlərə toxunub. O bildirib ki, bölgələrdə həkimlərə güzəştli şərtlər nəzərdə tutan 5 illik proqram var idi:

"Səhiyyə Nazirliyi güzəştli təkliflər paketi ilə bağlı artıq Nazirlər Kabinetinə müraciət edib. Təkliflər paketindəki detallar daha sonra mətbuata açıqlanacaq. Şübhəsiz ki, yeni təkliflər paketində həkimlər üçün güzəştlər nəzərdə tutulur. İl-ildən bu problem azalır. Söz yox ki, ucqar bölgələrdə tibb ocaqlarının həkimlərlə təmin edilməsində problemlərimiz var". 

ŞAHİN Həbibov

Ayşən Ayxan

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər