Bakıda doğum evində ana və uşaq ölümü baş verib
Bakıda doğuş zamanı ana və uşaq ölümü baş verib. BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, hadisə 1 saylı Klinik Xəstəxanada qeydə alınıb. Göyçay rayon sakini, 1993-cü il təvəllüdlü Səbinə Ziyad qızı Mütəllimova avqustun 28-də Şəhər 1 saylı Klinik xəstəxanasının Doğum şöbəsinə yerləşdirilib və onun üzərində qeysəriyyə əməliyyatı aparılıb. Uşaq əməliyyatdan bir neçə dəqiqə sonra, ana isə üç gün sonra dünyasını dəyişib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, ölüm faktı nazirliyin Doğuşa yardım komissiyası tərəfindən araşdırılır. Nazirlikdən həmçinin bildirilib ki, Səbinə Mütəllimovada ürək qüsuru olub: "Həkimlər əvvəlcədən anaya xəbərdarlıq ediblər ki, hamiləlik əks göstərişdir, belə olan halda doğuşa icazə verilmir”. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Bakının məşhur otelində ölüm oldu (RƏSMİ, VİDEO)
Bakının ən məşhur otellərindən birində ölüm hadisəsi baş verib. BAKU.WS-in məlumatına görə, Baku Boulevard hoteldə keçirilən nişan mərasimi zamanı mərasimə qon...