Nazir müavini: "Bazarda qiyməti düz göstərilməyən dərmanlar var"

Nazir müavini: Bazarda qiyməti düz göstərilməyən dərmanlar var
Sosial 1270

"İqtisadiyyat və Sənaye Nazirliyi və Səhiyyə Nazirliyi birgə monotorinqlər həyata keçirir. Söz yox ki işin əvvəlidir və problemlərdən qaçmaq mümkün deyil. Müəyyən qədər qiyməti düz göstərilməyən dərmanlar var. Ölkədə qeydiyyatdan keçməyən dərman vəsaitlərinə də rast gəlinir".  

BAKU.WS-in məlumatına görə, bunu səhiyyə nazirinin mavini Elsevər Ağayev deyib. Onun sözlərinə görə, ölkə rəhbərinin tapşırığı ilə dərman sahəsində çox sürətli addımlar atılır: "Nazirlər kabineti tərəfindən ölkədə qeydiyyatdan keçən dərman vasitələrinin qiymətinin tənzimlənməsi və onlara nəzarət mexanizmi hazırlandı. Tarif Şurası tərəfindən qiymətlərin müəyyənləşməsi üçün təlimat hazırlandı. Artıq 25 təsiredici maddə üzrə 1057 dərman vasitəsinin qiymətləri tənzimlənir və 15 sentyabr tarixindən bu qiymətlərin tətbiq olunmasına başlanılıb".

Nazir müavini əlavə edib ki, qısa zaman çərçivəsində problemlər aradan qaldırılacaq. Tarif Şurasının planına görə, gəlin ilin ortasına qədər ölkədə qiyməti tənzimlənməyən dərman vasitəsi qalmayacaq: "Azərbaycanda qiyməti tənzimlənən dərman vasitələrinin 57%-i Avropa ölkələrindən gətirilən dərmanların, 26% MDB və yerdə qalan dərmanlar digər ölkələrin payına düşür. Məqsədimiz odur ki, ölkə əhalisinə satılan dərmanlar birinci növbədə keyfiyyətli olsun, ikinci növbədə isə qiymətləri aşağı olsun".

E.Ağayev bildirib ki, Tarif Şurasının qərarına baxdıqdan sonra görürük ki, qiymətlər bir neçə dəfə aşağı düşüb: "Bahalı dərman vasitələrinin qiyməti süni surətdə qaldırılırsa, bazarda olmasının tərəfdarı deyilik", - deyə nazir müavini əlavə edib.

ŞAHİN Həbibov

Ayşən Ayxan

BAKU.WS 

Oxşar xəbərlər

Bakı apteklərində dərmanların  yoxa çıxmasına aydınlıq gəldi (RƏSMİ AÇIQLAMA)

Bakı apteklərində dərmanların yoxa çıxmasına aydınlıq gəldi (RƏSMİ AÇIQLAMA)

Son günlər bəzi dərman pereparatlarını tapmaq çətinləşib. BAKU.WS-in məlumatına görə, vətəndaşalr əsasən Akineton, Fenazepam və Alflutop adlı dərmanların apte...

3043 Sosial 09:34 28 avqust 2015

Son xəbərlər