Azərbaycanlı həkimlərin böyük fırıldağına rəsmi münasibət
Ötən gün sosial şəbəkələrdə yayılan Türkiyə və Azərbaycan həkimlərinin birgə fırıldağı ilə bağlı məlumat vermişdik. Orada qeyd olunurdu ki, Türkiyədə fəaliyyət göstərən bir sağlamlıq-turizm şirkəti Azərbaycanda olan həkimlərlə işbirliyinə girərək vətəndaşları aldadır.
Belə ki, həkimlər, onlara müraciət edən xəstələrə Türkiyədə hər hansısa bir xəstəxananı məsləhət görürlər. Bunun qarşılığında xəstənin yaxınlarından külli miqdarda pul tələb olunur. Xəstənin ödəyəcəyi real məbləğ 3000 manat civarındadırsa, həmin şəxslər xəstədən nə az, nə çox düz 20 min manat məbləğində pul tələb edirlər. Adıçəkilən təkliflə həkim Yasin Haqverdiyevə də müraciət olunub. Lakin o rədd cavabı verib və məlumatı Facebook hesabında paylaşıb.
Çox keçmədi məsələlə ilə bağlı dövlət qurumlarından reaksiya gəldi. İlk öncə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Eysan Zahidov BAKU.WS saytına açıqlama verib. O bildirib ki, belə bir faktla bağlı DİN-ə hər hansısa bir şikayət daxil olmayıb: "Vətəndaşlar belə halla rastlaşıblarsa aidiyyatı qurumlara müraciət etsinlər. Həmçinin həkimlərə təklif gələrsə yaxşı olardı ki, bizə bildirsinlər. Əks təqdirdə bu kimi hallar aşkarlandıqda işlətdikləri cinayətə görə məsuliyyətə cəlb olunacaqlar”, - deyə o bildirib.
Səhiyyə Nazirliyi də məsələ ilə bağlı BAKU.WS-in suallarını cavablanıdırıb. Nazirlikdən bildirilir ki, vətəndaşlar dövlət xəstəxanalarına və ya tanıdıqları tibb ocaqlarına üz tutsunlar: "Ölkənin kifayət qədər tibb müəssisəsi və kifayət qədər tibb işçisi var. Professional həkimlərimiz var. Yaxşı olardı ki, vətəndaşlar məhz tanıdıqları, dövlətin nəzarətində olan müəssisələrə müraciət etsinlər”.
Bəs vətəndaşların etibarından sui-istifadə edib, dələduzluqla məşğul olan həkimlərin tələsinə düşməmək üçün nə etməliyik?
Tibb üzrə ekspert Adil Qeybulla isə bu məsələdə vətəndaşların ayıq-sayıq olmasını vacib sayır. Mütəxəssis hesab edir ki, vətəndaş bu cür hallardan qorunmaq üçün ilk növbədə getdiyi xəstəxanadan ödənişin çekini tələb etməlidir:
"Əgər belə bir fakt varsa vətəndaşlar bundan sonra çalışsınlar daha diqqətli olsunlar. Belə hallarla mübarizə aparmaq üçün vətəndaşların da üzərinə böyük məsuliyyət düşür. Heç bir sənədə tam oxumadan və məlumat əldə etmədikləri təqdirdə qol çəkməsinlər. Yerli həkimlərin təklifi və məsləhəti ilə hər hansısa bir xarici həkimə, xəstəxanaya müraciət etməsinlər", - deyə həkim əlavə edib.
Ayşən Ayxan
BAKU.WS
Oxşar xəbərlər
Bakıda 8 güllə ilə adam öldürən şəxs polis deyilmiş
Bu gecə Bakının Nizami rayonunda baş verən dəhşətli cinayət faktı ilə bağlı Daxili İşlər Nazirliyi dərhal əməliyyat keçirib. Nazirliyin mətbuat xidmətinin rəi...