Ermənilər evləri artilleriya atəşinə tutdu: 1 mülki vətəndaşımız öldü, biri ayaqlarını itirdi

Ermənilər evləri artilleriya atəşinə tutdu: 1 mülki vətəndaşımız öldü, biri ayaqlarını itirdi
Hadisə 1461

 

Erməni silahlı bölmələrinin cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozması nəticəsində bir nəfər sakin həlak olub, biri isə yaralanıb.

BAKU.WS APA-ya istinadən məlumat verir ki, ermənilərin ötən gecə ağır arteleriyyadan açdığı atəş nəticəsində Tərtərin Qarağacı kəndində məckunlaşmış məcburi köçkün Cəlal Rəhimovun yaşadığı evə mərmi düşüb. Nəticədə C. Rəhimov həlak olub, onun oğlu Orxan Rəhimov isə ayaqlarını itirib.

Ağdamın Baharlı qəsəbəsində isə icra nümayəndəsinin müavini Muxtar Məmmədovun evinə mərmi düşüb, xəsarət alan yoxdur.

Qeyd edək ki, fotolar AzNews.az-a məxsusdur. 

BAKU.WS

Oxşar xəbərlər

"Qalatasaray"ın futbolçusu Ankara terrorunda atasını itirdi

"Qalatasaray"ın futbolçusu Ankara terrorunda atasını itirdi

Ötən gün Ankarada baş verən partlayış zamanı "Qalatasaray”ın hücumçusu Umut Bulutun atası da həlak olanlar arasında olub. BAKU.WS Türkiyə mətbuatına istinadən...

1230 Hadisə 14:56 14 mart 2016

Son xəbərlər