Vasif Talıbovun oğlu deputat seçilib (FOTO)

Vasif Talıbovun oğlu deputat seçilib (FOTO)
Siyasət 2826

Naxçıvan Muxtar Respublikasının (MR) Ali Məclisinə seçilən deputatlar arasında Ali Məclis sədri Vasif Talıbovun oğlu Seymur Talıbov da var.

BAKU.WS "Report" saytına istinadən verdiyi xəbərə görə, S.Talıbov 25 saylı Naxçıvan şəhər Seçki Dairəsindən deputat seçilib.

Vasif Talıbov özü isə 7 saylı Aralıq Seçki Dairəsindən deputat olub.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının (MR) Ali Məhkəməsinin Rəyasət Heyəti noyabrın 1-də Ali Məclisə keçirilən seçkilərin nəticələrini təsdiqləyib. Ümumilikdə, deputatların sayı 45-dir.

S.Talıbov London Universitetində ali təhsil alıb. O, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin Beynəlxalq münasibətlər kafedrasında baş müəllim vəzifəsində çalışır. S.Talıbov, həmçinin Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının Şura üzvüdür.

BAKU.WS

Oxşar xəbərlər

Naxçıvan Ali Məclisinə seçilən deputatların adları açıqlanıb (SİYAHI)

Naxçıvan Ali Məclisinə seçilən deputatların adları açıqlanıb (SİYAHI)

Naxçıvan Muxtar Respublikasının (MR) Ali Məhkəməsinin Rəyasət Heyəti noyabrın 1-də Ali Məclisə keçirilən seçkilərin nəticələrini təsdiqləyib. BAKU.WS "Report"...

1289 Siyasət 10:43 12 noyabr 2015

Son xəbərlər