Türkiyə quru əməliyyatına başladı - xüsusi təyinatlılar sərhədi keçdi (VİDEO)
21
yan
2018
11:39
Türkiyə Suriyanın şimalında terrorçuların yaratmaq istədiyi dəhlizə maneə olmaq məqsədiylə həyata keçirdiyi hərbi əməliyyatları davam etdirir. BAKU.WS-in məlumatına görə, Türk Silahlı Qüvvələrinə (TSK) aid 72 hərbi təyyarə Suriyanın şimalındakı Afrində yerləşən terror təşkilatı PYD/PKK-ya məxsus 113 hədəfdən 108-ni vurub. TSK-nın hədəfləri arasında PYD/PKK nəzarətində olan "Minniğ" hərbi aerodromu da olub. Türk Silahlı Qüvvələrinin artileriyaları Hatayın Reyhanlı, Kırıkhan və Hassa bölgələrindən Suriyada yerləşən PYD/PKK hədəflərini vurub. Suriya sərhədinə çox sayda hərbi texnikanın və canlı qüvvənin göndərilməsi gecə boyunca davam edib. Quru əməliyyatının ilk addımı olaraq Bolu və Kayseri xüsusi təyinatlıları sərhədi keçib. ŞahinBAKU.WS
Oxşar xəbərlər
Türkiyə ordusu Suriyada hədəfləri darmadağın etdi - VİDEO
Türkiyə Silahlı Qüvvələri "Zeytun dalı" əməliyyatına start verib. BAKU.WS-in məlumatına görə, Türkiyə ordusu Suriyanın Afrin şəhərinə havadan zərbələr endirməyə...