Rusiya xüsusi təyinatlılarının döyüşlərdən EKSKLÜZİV görüntüləri yayıldı (VİDEO)

Rusiya xüsusi təyinatlılarının döyüşlərdən EKSKLÜZİV görüntüləri yayıldı (VİDEO)
Video
Siyasət 10021

Rusiya xüsusi təyinatlılarının Suriyada keçirdiyi əməliyyatların eksklüziv görüntüləri yayılıb.

BAKU.WS xəbər verir ki, görüntülər sosial mediada paylaşılıb. Əməliyyatlardan olan görüntülər izləyicilərin böyük marağına səbəb olub. 

Qeyd edək ki, Rusiyanın xüsusi təyinatlıları Suriyada hərbi əməliyyatlara ötən ilin yazında başlayıb. Xüsusi təyinatlıların quru əməliyyatlarına cəlb olunduğu bildirilib.

Rusiya Suriyada hərbi əməliyyatlara isə 2015-ci ilin sentyabrında başlayıb. Suriyada ilk dəfə hava hücumları təşkil edən Rusiya əməliyyatdan öncə ABŞ-a məlumat verib.

Rusiya prezidenti Vladimir Putin isə açıqlama verərək qeyd edib ki, Əsədə dəstək sadəcə, hava qüvvələri tərəfindən veriləcək, quru qoşunları əməliyyata daxil edilməyəcək.

Suriya rejimi isə Rusiyadan hərbi dəstək istədiyini təsdiq edib: "Rusiya Hərbi Hava Qüvvələrinin Suriyaya göndərilməsi Bəşər Əsədin müraciətindən sonra həyata keçirilib”.

Rusiyanın Müdafiə Nazirliyi Suriyada İŞİD-ə qarşı hava əməliyyatlarına başladıqlarını təsdiqləyib. 

Fransanın diplomatik qaynaqlarından isə bildirilib ki, Rusiyanın İŞİD-i deyil, suriyalı müxalifləri hədəf aldığı görünür.

Aynur Ələkbərova 

BAKU.WS

Oxşar xəbərlər

13 saatlıq müzakirə başa çatdı: ABŞ-la Rusiya razılaşdı

13 saatlıq müzakirə başa çatdı: ABŞ-la Rusiya razılaşdı

ABŞ və Rusiya Suriya ilə bağlı məsələdə razılığa gəliblər. BAKU.WS xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Con Kerri ilə Rusiyann xarici işlər naziri Ser...

2268 Siyasət 10:37 10 sentyabr 2016

Son xəbərlər