Ərdoğandan ABŞ-a SƏRT MESAJ – “Buna dözməyəcəyik!”
08
sen
2018
11:27
Türkiyə Amerikaya yenə də sərt mesaj göndərib.BAKU.WS xəbər verir ki, ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Twitter” hesabında sərt sözlər yazıb.Ölkə başçısı mesajları ingilis, rus, fars və türk dillərində yazıb. O, bir daha Türkiyənin Suriya xalqına dayaq olacağını vurğulayıb.Ölkə başçısı bildirib ki, Türkiyə Bəşər Əsəd rajiminin hakimiyyətinin güclənməsi naminə Suriyada minlərlə günahsız insanın ölümünü sakit izləməyəcək.“Biz Suriyanın əbəs yerə bombalanmasına, terrorçuların yerinə günahsız insanların öldürülməsinə dözməyəcəyik. Bu məsələni Rusiya-Türkiyə-İran dövlətlərinin iştirakı ilə keçirilən danışıqlarda demişəm və yeni danışıqlarda da bu məsələ mənim yeganə tələbimdir”, - deyə Ərdoğan vurğulayıb.Türkiyə lideri bildirib ki, İdlib şəhərində kimyəvi silahların istehsalı və digər gərginlik yaradan məsələlər qaldırılır. Bununla da, Suriya danışıqlarına kölgə salmaq istəyirlər. Buna baxmayaraq, Türkiyə Astana danışıqlarına sadiq qalacaq.Bu açıqlamalarla Ərdoğan ötən gün ABŞ Suriyanın İdlib şəhərini bombalamaq istəyinə cavab verib.Qeyd edək ki, ötən gün ABŞ-ın Suriya təmsilçisi Ceyms Ceffrey yerli mətbuata İdlib şəhərində kimyəvi silah istehsal olunması ilə bağlı fikirlər səsləndirib. Amerikalı diplomat vurğulayıb ki, əllərində bununla bağlı tutarlı sübutlar var.Bu səbəbdən də, Ceyms Ceffrey vurğulayıb ki, Amerika İdlib şəhərinə hava hücumu təşkil etmək niyyətindədir.Ziya SƏCCADBAKU.WS
Oxşar xəbərlər
Ərdoğandan ABŞ-a SƏRT XƏBƏRDARLIQ – Türkiyə yeni müttəfiqlər axtarmağa məcbur olacaq
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikaya sanksiyalara cavab olaraq sərt ismarıc verib.BAKU.WS “haberler”ə istinadən xəbər verir ki, bu barədə “The New...