Ərdoğandan NATO-ya sərt XƏBƏRDARLIQ
17
may
2018
15:53
“Türkiyə son illər tam müstəqil və çox vacib qərarlar qəbul edir. Bu qərarlara görə Avropa və ABŞ tərəfindən tənqid edilirik. Lakin əminik ki, atdığımız addımlar doğrudur. Rusiyadan “S-400” raketlərinin alınmasına görə Türkiyə böyük təzyiq və tənqidlərlə üzləşdi. Lakin heç kim Qərb ölkələrini Yaxın Şərqdə törətdikləri əməllərə görə tənqid etmir. Bəs nə səbəbə Türkiyə tənqid edilir?”.BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Türkiyənin daxili işlərinə NATO qarışa bilməz."NATO müttəfiq bir ölkə alaraq Yunanıstandan "S-300" raket komplekslərini alıb. İndi bizim Rusiyadan "S-400" raket komplekslərini almağımıza etirazlarını bildirirlər. Onlar buna etiraz edə bilməzlər. Çünki burada heç bir qəbahət yoxdur", - deyə Ərdoğan bildirib.Ərdoğan deyib ki, Türkiyə Rusiya ilə ticarət əlaqələrini kəsməyəcək: "Türkiyə Rusiyadan neft və qaz almağı dayandırmayacaq. Rusiyadan ölkəmizə 5 milyon turist gəlir. Bundan əlavə, Rusiya bizə əlverişli kreditlər təklif edir. Müdafiə sənayesini inkişaf etdirmək üçün Rusiya ilə iş birliyi qurmaq Türkiyənin haqqıdır. Bu əməkdaşlıqda Türkiyənin də qazancı böyükdür".Ziya SƏCCADBAKU.WS
Oxşar xəbərlər
Ərdoğan: Türkiyə və Rusiya arasında əməkdaşlıq gündən günə güclənir
Bu həftə ərzində Türkiyə və Rusiya nümayəndələri görüş keçirəcəklər və S-400 zenit-raket komplekslərinin alınması məsələsini konkretləşdirəcəklər.BAKU.WS xəbər...