Rusiya, İran və Türkiyə prezidentləri Suriya ilə bağlı bəyanat qəbul ediblər
22
noy
2017
22:19
Rusiya, İran və Türkiyə Suriya üzrə əməkdaşlığın prioritet sahələrini müəyyənləşdirən birgə bəyanat qəbul ediblər.BAKU.WS xəbər verir ki, sənəddə Rusiya, Türkiyə və İran arasında Suriyada gələcək əməkdaşlığın prioritet sahələri müəyyən edilib, qarşıya konkret vəzifələr qoyulub. O cümlədən, dövlət başçıları terrorizmə qarşı birgə mübarizədə əhəmiyyətli uğurların əldə olunmasını qeyd ediblər, İŞİD, “Cəbhət ən-Nüsrə” və digər terror qruplaşmalarının birdəfəlik məhv edilməsi üçün səyləri artırmağa hazır olduqlarını təsdiqləyiblər.Üç ölkə lideri həmçinin Soçidə Suriya Milli Dialoq Konqresinin keçirilməsinə dair razılığa gəliblər. Konqresdə Suriyanın müxtəlif siyasi partiyaları, etnik və dini qruplarını bir araya gətirmək planlaşdırılır.BAKU.WS
Oxşar xəbərlər
Səfir: "Ərdoğan Putinlə Qarabağ münaqişəsini yalnız təkbətək görüşdə müzakirə edib"
"Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Soçidə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını ancaq təkbətək görüşdə müzakirə ed...