Türkiyə ordusu 109 kilometr ərazini azad edib, 490 terrorçu öldürüb

Türkiyə ordusu 109 kilometr ərazini azad edib, 490 terrorçu öldürüb
Siyasət 626
Türkiyə Silahlı Qüvvələrinin qoşun birləşmələrinin Suriyada Fərat çayının şərqində apardığı “Sülh çeşməsi” (Barış Pınarı) antiterror əməliyyatı zamanı Suriyanın 42 kəndi olmaqla ümumilikdə 109 kilometr ərazisi terrorçulardan azad edilib.BAKU.WS "azertac"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan antiterror əməliyyatı ilə bağlı İstanbulda keçirilən tədbirdə məlumat verib.Bildirilib ki, əməliyyat başladığı gündən indiyədək Türkiyənin Şanlıurfa, Mardin, Şırnak, Gaziantep şəhərlərindəki yaşayış ərazilərinə ümumilikdə 652 top mərmisi və raket atılıb. Atılan bu partlayıcı maddələrin təxminən yarısı Mardinin Nusaybin və Kızıltepe rayonlarına düşüb. Nəticədə uşaqlar da daxil olmaqla 18 vətəndaş həlak olub, 147 nəfər yaralanıb.Əməliyyatlar zamanı Türk Silahlı Qüvvələri və Suriya Milli Ordusunun ümumilikdə 18 əsgəri şəhid olub. Davam edən əməliyyat zamanı indiyədək 490 terrorçu zərirsizləşdirilib. Onlardan 440-ı ölüb, 26-sı isə yaralı olaraq ələ keçirilib. 24 terrorçu təslim olub.Ölkə başçısı sosial mediada əməliyyat barədə səhv məlumat yayan və terror təşkilatlarının təbliğatı ilə məşğul olan 129 nəfərin saxlanıldığını, 589 nəfər haqqında lazımi tədbirlərin görüldüyünü bildirib.“Vacib olan az itki ilə əməliyyatı tamamlamaqdır”, - deyə vurğulayan R.T.Ərdoğan hədəfin Türkiyə-Suriya sərhədindən 30-35 kilometrədək Suriya ərazisinə doğru irəliləmək olduğunu qeyd edib.Əməliyyatlar uğurla davam etdirilir.

Son xəbərlər