Türkiyə Ordusu Resulayn şəhərini terrorçulardan təmizləyib
12
okt
2019
16:43
Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birgə Suriyanın Resulayn şəhərini terrorçu PKK/YPG-PYD qruplaşmasından tam azad edib.BAKU.WS-in məlumatına görə, bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” adlı antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaranmasına nail olmaqdır.
Oxşar xəbərlər
Türkiyə ordusunun Suriyada zərərsizləşdirdiyi terrorçuların sayı açıqlandı - 415
Suriyanın şimalında Türkiyə ordusu tərəfindən aparılan “Barış pənarı” antiterror əməliyyatı çərçivəsində zərərsizləşdirilən PKK/PYD, YPG terrorçularının sayı 41...