“Sülh bulağı” əməliyyatında üçüncü gün - Öldürülən terrorçu sayı açıqlandı
11
okt
2019
09:35
Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın şimalında həyata keçirdiyi “Sülh bulağı” antiterror əməliyyatı davam edir.BAKU.WS CNN Türk-ə istinadən xəbər verir ki, gecə saatlarında keçirilən əməliyyatlarda daha 49 terrorçu zərərsizləşdirilib.Bununla da, 3 gün ərzində məhv edilən terrorçu sayı 277-yə çatıb.Bu əməliyyatlarda Türkiyə ordusu 1 şəhid verib. Daha 3 hərbçi isə yaralanıb.Böyük itkilər verən PKK/YPG terrorçuları Türkiyə sərhədindəki Nusaybin, Akçakale, Ceylanpınar qəsəbələrinə raket və top zərbələri endirib. Nəticədə 7 sakin ölüb, 67-si isə yaralanıb. Onların arasında uşaqlar da var.Qeyd edək ki, bu saata qədər ümumilikdə 11 kənd terrorçulardan azad edilib.Fərid ƏDALƏT
Oxşar xəbərlər
Terrorçular Türkiyəni raket və top atəşinə tutdu - 6 ölü, 70 yaralı
Türkiyənin Suriyanın şimalında apardığı “Barış bulağı” hərbi əməliyyatlarından sonra bu gün PKK/PYD-YPG və İŞID terrorçuları Türkiyə ərazisinə top və raketlərdə...