"Zeytun budağı"nın STATİSTİKASI - 2872 terrorçu öldürüldü, 143 məntəqə azad edildi
06
mar
2018
13:15
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 2872 nəfərə çatıb.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, ötən sutka ərzində PYD, YPG və İŞİD terror təşkilatlarının 77 üzvü məhv edilib.Qeyd edək ki, Türkiyə Baş Qərargahının bu gün yaydığı son statistik məlumata görə, əməliyyat çərçivəsində terrorçulardan azad edilən yaşayış məntəqələrinin sayı isə 143-ə çatıb.Həmçinin 22 strateji yüksəkliyin də terrorçulardan təmizləndiyi qeyd edilib.Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.BAKU.WS
Oxşar xəbərlər
Türkiyə Silahlı Qüvvələri: Afrində 2612 terrorçu məhv edilib
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 2612-yə çatıb.Tre...