Sarkisyan Mingəçevir Su Anbarına raket atacağı ilə hədələyir

Sarkisyan Mingəçevir Su Anbarına raket atacağı ilə hədələyir
Siyasət 6149

Ermənistan tərəfinin Mingəçevir Su Anbarına raket zərbəsi endirəcəyi hədəsinə Bakıdan cavab gəlib.  

BAKU.WS xəbər verir ki, bu barədə "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu münasibət bildirib."Mingəçevir Su-Elektrik Stansiyasının taleyi üçün narahat olmağa dəyməz. Mingəçevir SES-ə raket zərbəsi vurmaq haqqında düşünən erməni bilməlidir ki, bunun əvəzində Xankəndi Azərbaycanın uzaq mənzilli raketləri ilə yerlə-yeksan ediləcək”.

O, qeyd edib ki, Xankəndi Azərbaycanın öz torpağıdır, vurar, sonra da bərpa edər, ayrıca bizə də ziyanı olsa belə Ermənistanın Atom Elektrik Stansiyasını böyük təhlükə gözləyəcək:

"Ümumiyyətlə hansısa erməninin "biz Mingəçevir Su-Elektrik Stansiyasına raket zərbəsi vura bilərik” sərsəmləməsinin mənası odur ki, müharibə Dağlıq Qarabağdan Ermənistan ərazisinə keçəcək. Əgər müharibəni evlərinə daşımaq istəmirlərsə, "Mingəçevir” ifadəsini gərək dillərinə gətirməsinlər”.

BAKU.WS

Oxşar xəbərlər

İlham Əliyev ABŞ-da Ermənistanı ifşa etdi

İlham Əliyev ABŞ-da Ermənistanı ifşa etdi

Ermənistanın atom elektrik stansiyası region üçün birbaşa təhlükə doğurur. BAKU.WS-in məlumatına görə, bunu Prezident İlham Əliyev Vaşinqtonda IV Nüvə Təhlükəsi...

1174 Siyasət 16:32 02 aprel 2016

Son xəbərlər