Mingəçevir hadisələrində saxlanılanlardan xəbər var
Avqustun 22-də Mingəçevirdə keçirilən aksiya zamanı saxlanılanlar barədə İnzibati Xətalar Məcəlləsinə uyun olaraq tədbir görüləcək. Bu barədə Mingəçevir rayon polis şöbəsinin rəis müavini Vahid Məmmədov BAKU.WS-ə açıqlamasında deyib. Onun məlumatına görə, hazırda saxlanılanlar barədə rayon Prokurorluğnda araşdırmalar aparılır. "Saxlanılanlardan bəzilərinin izahatı alınıb və evə buraxılıblar. Kim qanun pozubsa, onlar barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbir görüləcək. İndi saxlanılan bir neçə şəxs barədə prokurorluqda iş qaldırılıb”, - deyə Vahid Məmmədov bildirib. Xatırladaq ki, avqustun 20-də narkotik vasitələrin satışında və istifadəsində şübhəli bilinən Mingəçevir Polis Şöbəsinə gətirilmiş şəhər sakini Bəhruz Hacıyev inzibati binadakı xidməti otaqlardan birində əməkdaş tərəfindən dindirilərkən qəfildən özünü pəncərədən aşağı atmışdı. Avqustun 22-də dəfn mərasimindən sonra bir qrup sakin ictimai asayişi kobud şəkildə pozaraq polisin qanuni tələblərinə tabe olmadan xuliqanlıq hərəkətlərinə yol vermiş və şəhərin mərkəzi hissəsində yürüş keçirməyə cəhd göstərmişlər.
Xidməti vəzifələrini yerinə yetirən daxili işlər orqanları tərəfindən qanunsuz hərəkətlərin qarşısı alınarkən 4 əməkdaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb, Şəhər Polis Şöbəsinin bir avtomobili isə yarasrız hala salınmışdı. İctimai asayişi pozan 21 nəfər saxlanılmış və barələrində qanunvericiliyə uyğun tədbir görülməsi üçün toplanmış materiallarla birlikdə məhkəməyə göndərilib. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Mingəçevir hadisəsi ilə bağlı bir polis əməkdaşı həbs edildi
Mingəçevirdə polis şöbəsində ölüm hadisəsilə bağlı bir polis əməkdaşı həbs edilib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun BAKU.WS-ə verd...