Putinin təhlükəli sualtı xəzinəsi işə düşür (VİDEO, FOTO)
Rusiya Müdafiə Nazirliyi suyun altından atdığı qitələrarası raketin görüntülərini yayımlayıb.
BAKU.WS-in ANS PRESS-ə istinadla verdiyi məlumata görə, raket strateji təyinatlı "Verxoture" sualtı atom raket kreyseri tərəfindən atılıb.
Barens dənizinin akvatoriyasından atılan "Sineva” ballistika qitələrarası raketin işə salınması müvəffəqiyyətlə başa çatdırılıb. Suyun altından atılan raket Kamçatka yarımadasında Küra döyüş sahəsinin ərazisində yerə enib.
Soyuq müharibə dövründə SSRİ sualtı gəmiləri ilə hesablaşmalı olan güc olub. Son onillikdə Rusiya hökuməti Silahlı Qüvvələrin modernləşdirilməsi üçün əlindən gələni edir. Nüfuzlu "The National Interest” Rusiya ordusunun arsenalında olan sualtı gəmiləri barədə məqalə hazırlayıb. Ruslar soyuq müharibə dövrünün modellərini müasirləşdirərək tamamilə yeni sualtı gəmiləri layihələşdirib. Bununla Rusiya açıq-aydın statusunu və öz donanmasının imkanlarını yeniləmək niyyətindədir.
Rusların atom sualtı gəmiləri siyahısında 971 layihə üzrə birinci yeri "Şuka-B" (NATO-nun kodifikasiyası üzrə -Akula) tutur. Baxmayaraq ki, o qərb "həmkarları" kimi sakit işləyə bilmir, bu sualtı gəmi təkmilləşdirildikdən sonra hazırkı zamanda real təhlükə olaraq qalır.
"Paltus" sualtı gəmisi
Üçüncü yerdə - 636 layihəsi üzrə çoxməqsədli dizel sualtı gəmisi "Varşavyanka" (NATO-nun kodifikasiyası üzrə - Improved Kilo). 877 layihəli gəmilərin müasirləşdirilmiş modeli sələfindən daha çox sürətlidir. "Sakit qatil" artıq dizel-elektrik sualtı gəmilərinin ən az səslisi kimi tanınır. Bir çox ölkələrin dəniz qüvvələri "Varşavyanka" ya üstünlük verir.
"Verxoture" sualtı atom raket kreyseri
Rusiya Hərbi Dəniz Qüvvələri 150 mindən çox şəxsi heyətə malikdir. Rusların 256 hərbi gəmisi var. Bundan əlavə ruslar 21 uzaqmənzili qanadlı raketlə təchiz olunmuş sualtı gəmilərə sahibdir. Rusiyada 15-ə yaxın atom sualtı qayığın olduğu bildirilir.
BAKU.WS
Oxşar xəbərlər
Putin dünyanı qorxuya salan nəhəng silahını Suriyaya göndərdi (VİDEO)
Rusiyanın Suriyanın sahillərinə göndərdiyi raket kreyseri "Moskva"nın görüntüləri yayılıb. BAKU.WS-in məlumatına görə, Rusiya hava hücumuna qarşı müdafiənin g...