NATO Rusiyanın Xəzərdəki raket əməliyyatına reaksiya verdi

NATO Rusiyanın Xəzərdəki raket əməliyyatına reaksiya verdi
Siyasət 1919

NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın Suriya ərazisinə raket zərbələri endirməsi məsələsinə münasibət bildirib.

BAKU.WS-in məlumatına görə, NATO baş katibi bu hadisədən narahat olduqlarını və Türkiyə daxil olmaqla, regiondakı müttəfiqlərini qorumaq üçün Alyans tərəfindən hazırlıq görüldüyünü bildirib. 

NATO Suriyanın ətrafında cərəyan edən vəziyyətlə əlaqədar olaraq Şimali Atlantika Alyansının əlavə köməyindən istifadə edilməsi məsələsini qiymətləndirir. 

Qeyd edək ki, son bir neçə gündürki Rusiya Xəzər dənizindən İŞİD-in bazalarına raket zərbələri endirir. Bununla yanaşı, RF-nin Suriyaya göndərdiyi bombardımançıların Türkiyə hava məkanını pozması Türkiyə ilə Rusiya arasındakı münasibətləri gərginləşdirib. Türkiyə tərəfi lazım gələrsə NATO-nun imkanlarında istifadə edilə biləcəyini açıqlayıb. 

BAKU.WS

Oxşar xəbərlər

Putin Azərbaycanı İŞİD-in bir nömrəli hədəfinə çevirdi

Putin Azərbaycanı İŞİD-in bir nömrəli hədəfinə çevirdi

"Dünən Rusiyanın Xəzər dənizi vasitəsiylə Suriyaya yönəlik hərbi addımı Azərbaycanı növbəti dəfə dünyanın diqqətinə, daha dəqiq desək hədəfinə gətirib. Rusiyanı...

2873 Siyasət 11:27 08 oktyabr 2015

Son xəbərlər