Rusiyada nazir müavini hamamda ölü tapıldı
22
apr
2020
17:30
Rusiyadakı xəstəxana və meyitxanalarda cəsədi axtarılan Moskva vilayətinin mədəniyyət nazirinin müavini Leonid Oşarin kirayə götürdüyü mənzilin hamamında ölü tapılıb.
BAKU.WS xəbər verir ki, bu barədə "lenta.ru" portalı yazıb.
Rusiyalı məmurun cəsədi aşkar olunarkən onun üzərində zorakılıq əlamətləri müəyyən edilməyib.
Sonuncu dəfə Oşarin martın sonunda Krasnodar vilayətinə yollanıb. Bir müddət orada qalandan sonra taksi ilə Yalta şəhərinə gedib.
Bir aydan çox müddət keçməsinə baxmayaraq Leonid Oşarinin yerini müəyyən etmək mümkün olmamışdı.
Oxşar xəbərlər
Oktay Şirəliyevin qızı nazir vəzifəsindən azad edilib - FOTO
Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin qızı Nərmin Şirəliyeva Moskva vilayətinin mədəniyyət naziri vəzifəsindən azad olunub. BAKU.WS “unikal.org”a istina...