Türkiyədə qar uçqununda 31 nəfər ölüb, 53 nəfər yaralanıb - YENİLƏNİB - FOTO
Türkiyədə qar uçqununda 31 nəfər ölüb, 53 nəfər yaralanıb.
***16:49
Türkiyənin Van vilayətinin Baxçasaray qəsəbəsində dünən axşam saatlarında qar uçqununa düşənlərin axtarışı davam edir. Uçquna düşüb həyatını itirənlərin ümumi sayı 28-ə çatıb.
***15:24
Türkiyənin Van vilayətinin Baxçasaray qəsəbəsində dünən axşam saatlarında qar uçqununa düşənlərin axtarışı davam edir.
BAKU.WS “Posta”ya istinadən xəbər verir ki, ikinci qar uçqunu zamanı 50-dən çox şəxs qar altında qalıb.
Bölgəyə cəlb edilən əlavə qüvvələrin müdaxiləsi ilə 30 nəfər xilas edilib. 8 nəfərin isə cəsədi tapılıb.
Hazırda 15-ə yaxın şəxsin axtarışı davam etdirilir. Eyni zamanda bölgədə güclü qar yağışı da davam edir.
Qeyd edək ki, dünən baş vermiş qar uçqununda 5 nəfər ölmüş, 7 nəfər xilas edilmişdi. 2 nəfərin isə axtarışları davam etdirilirdi. Bu gün həmin 2 nəfərin axtarışları zamanı ikinci qar uçqunu baş verib.
Beləliklə, 2 hadisədə ümumilikdə 13 nəfər ölüb, 37 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
***14:38
Türkiyənin Van vilayətinin Baxçasaray qəsəbəsində dünən axşam saatlarında qar uçqununa düşənlərin axtarışı davam edir.
BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu gün axtarışlar zamanı xilasedicilər də qar uçqununun altında qalıb.
Əraziyə çoxlu sayda xilasedici cəlb edilib.
Hadisə ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Daxili İşlər naziri Süleyman Soyluya zəng edərək ətraflı məlumat alıb və müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, dünən baş vermiş uçqun zamanı mikroavtobus və ağır texnika qar altında qalıb. Axtarışlar nəticəsində qarın altından 5 nəfərin cəsədi çıxarılıb, 7 nəfər isə sağ olaraq xilas edilib. Daha 2 nəfər qar altında qaldığı üçün axtarışlar davam edirdi.
Qalereya
Oxşar xəbərlər
Türkiyədə baş verən qar uçqunundan insanları belə xilas etdilər - VİDEO
Türkiyənin Van-Bahçesaray magistralının 33-cü kilometrliyində baş vermiş qar uçqunundan görüntülər ortaya çıxıb. BAKU.WS xəbər verir ki, bölgədə ötən gün axşam...