Dağıstanın baş nazirinin müşaviri oteldə ölü tapıldı

Dağıstanın baş nazirinin müşaviri oteldə ölü tapıldı
Siyasət 814

Dağıstan Respublikasının baş nazirinin müşaviri Andrey Afonin bu gün oteldə ölü vəziyyətdə tapılıb.

BAKU.WS lenta.ru-ya istinadən xəbər verir ki, onun cəsədi Mahaçqala şəhərindəki "Primorskaya" mehmanxanasının nömrəsində aşkarlanıb.

Hazırda mehmanxana personalı və mühafizəsi dindirilir, hadisənin başvermə şəraiti müəyyənləşdirilir.

"Arqumentı i faktı" nəşri müşavirin ürək tutmasından öldüyünü yazıb.

47 yaşlı Afonin bu ilin yazında Dağıstan respublikasının baş naziri Artyom Zdunovun müşaviri təyin edilib. Buna qəödər isə - 2015-ci ildən "Tatarıstan Respublikası sahibkarlarına dəstək fondu"nun baş direktoru olub.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər