İran “Telegram”ı bağladı
30
apr
2018
22:10
İranda məhkəmə milli təhlükəsizliyin qorunması məqsədi ilə “Telegram” messencerindən istifadəni qadağan edib.BAKU.WS-in məlumatına görə, bu barədə “Reuters” İranın dövlət telekanalına istinadən məlumat yayıb.“Məhkəmə orqanı “Telegram” şəbəkəsində ünsiyyət üçün bu tətbiqdən istifadə ilə bağlı İran vətəndaşlarından daxil olan müxtəlif şikayətləri nəzərə alaraq və “Telegram”ın qanunsuz fəaliyyətinə qarşı yönəlmiş təhlükəsizlik orqanlarının tələblərini rəhbər tutaraq, onun İranda istifadəsini qadağan edib”, - deyə bəyanatda qeyd olunub.Qeyd edək ki, bundan bir neçə gün əvvəl adı çəkilən proqramın hakimiyyət orqanları və dövlət məmurları tərəfindən istifadəsi qadağan edilmişdi.Xatırladaq ki, “Telegram” messenceri Rusiyada da bloklanıb. Moskvada Saxarov meydanında buna etiraz olaraq mitinq keçirilir. Son məlumatlara görə, mitinqdə 12 minə yaxın insan iştirak edir.Aksiya iştirakçılarının arasında müxalifətçi Aleksey Navalnı, “Telegram”ın qurucusu Pavel Durov və başqa məşhur şəxslər də var.Mitinqi təşkil edən Libertarian partiyasının təmsilçiləri bildiriblər ki, “Telegram”ın bağlanması milli biabırçılıqdır.BAKU.WS
Oxşar xəbərlər
“Telegram” Rusiyada bağlandı
Moskva məhkəməsi “Telegram” messencer proqramının bağlanması barədə iddianı təmin edib.BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, bu qərar Rusiyanın Fe...