İranda "Instagram" qadağası ləğv olundu
07
yan
2018
13:44
İran hakimiyyəti "Instagram" sosial şəbəkəsinə girişə məhdudiyyəti aradan qaldırıb.APA-nın məlumatına görə, bu barədə bu gün "Fars" agentliyi məlumat yayıb.Artıq evlərdə "Instagram" -a daxil olmaq mümkündür. İran hakimiyyəti bir GSM operatoruna tətbiq edilən məhdudlaşdırmanı da aradan qaldırıb.Qeyd edək ki, dekabrın 28-də İranın Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt və digər şəhərlərində etiraz aksiyaları başlayıb. Dekabrın 29-da paytaxt Tehranda və Təbrizdə də etiraz aksiyaları başlayıb. Dekabrın 31-də "Reuters" agentliyi hakimiyyətin "Instagram" sosial şəbəkəsi və "Telegram"-a girişi müvəqqəti bağladığı barədə məlumat yayıb.BAKU.WS
Oxşar xəbərlər
İranda on minlərlə insan hakimiyyətə dəstək aksiyası keçirir
İranda hakimiyyətə dəstək aksiyası keçirilir. Bu barədə Trend İranın dövlət telekanalına istinadən məlumat verir.Hökumətə və rejimə qarşı etiraz aksiyalarından...