İranda ölənlərin sayı sürətlə artır: 22 ölü (VİDEO)
02
yan
2018
11:56
Bir neçə gündür İranı bürümüş etiraz aksiyalarında həlak olanların sayı 22 nəfərə çatıb.BAKU.WS-in məlumatına görə, etirazçılar polis məntəqələrini və hərbi bazaları ələ keçirməyə çalışıblar. Etiraz aksiyalarının iştirakçılarının silahı olduğu bildirilir. Kehderican şəhərində bir qrup etirazçı polis bölməsinə hücum edib. Polislərlə etirazçılar arasında atışma baş verib və nəticədə 5 aksiyaçının öldüyü bildirilir. Bəzi məlumatlara görə, nümayişlər zamanı 1 polis həyatını itirib. İran dövlət televiziyalarının məlumatına görə, ölənlər arasında 11 yaşlı uşaq da var. Nümayişçilərdən saxlanılanların olduğu bildirilir. İranın milli təhlükəsizlik üzrə Ali şurasının katibi, general Əli Şamxani isə bəyan edib ki, İran hakimiyyəti Tehranda və ölkənin digər şəhərlərində baş qaldırmış etirazlarla bağlı narahatçılıq keçirmir. General bildirib ki, etiraz aksiyaları İran xalqının bir hissəsinin ölkədəki iqtisadi vəziyyətlə bağlı narazılığı nəticəsində başlayıb. “İranın dirçəlməsini əngəlləmək, ona daxildən zərbə vurmaq istəyən qüvvələr isə bundan istifadə etməyə çalışır”-Şamxani əlavə edib. Onun sözlərinə görə, İranda hazırda baş verənlər “bir neçə günə” sakitləşəcək. Hökümətə qarşı şuarlar səsləndirən etirazçılar isə iqtisadi tələblər irəli sürür.BAKU.WS
Oxşar xəbərlər
İranda ara qarışdı – 3 nəfər aksiya iştirakçısı öldürüldü - VİDEO
İranda keçirilən etiraz aksiyaları zamanı 3 nəfər ölüb. BAKU.WS-in günaz.tv-yə istinadən verdiyi məlumata görə, dekabrın 30-u axşam saatlarında İranın Loristan...